Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi

Bakı, 18 sentyabr, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin (BDU) auditoriyalarında Azərbaycan elminin, ictimai fikrinin, dövlətçiliyinin formalaşmasında mühüm rol oynamış elm və dövlət xadimləri yetişib. BDU-nun dünyaşöhrətli məzunu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev BDU-nun Tarix fakültəsinin məzunudur.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Hüquq fakültəsi uzun illərdən bəri respublikanın hüquq‐mühafizə orqanlarını, dövlət və hökumət (qeyri‐hökumət) qurumlarını yüksəkixtisaslı hüquqşünas kadrlarla təmin edir. Azərbaycanda hüquq elminin inkişafında bu fakültənin yetirmələrinin rolu danılmazdır. Bu gün də fakültə respublikada hüquq elminin inkişafında və bu sahə üzrə elmi‐pedaqoji kadrların hazırlanmasında aparıcı mərkəzdir.

Hüquq fakültəsi 1928‐ci il dekabrın 17-də BDU-nun Hüquq şöbəsinin bazasında yaradılıb. Fakültənin yaradılmasında universitetin rektoru (ilk azərbaycanlı rektoru), görkəmli ədib və dövlət xadimi Tağı Şahbazinin müstəsna xidmətləri olub.

BDU-nun və onun Hüquq fakültəsinin inkişafında yeni mərhələ 1969‐cu ildən başlanıb. Respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü nəticəsində hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi sürətlə həyata keçirilib. O zaman əsas istiqamətlərdən biri cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi mədəniyyətin və hüquqi düşüncə tərzinin inkişafı idi. Respublika çərçivəsində 1970‐ci il dekabr ayının 4‐də qəbul edilmiş “Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar da məhz Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilib. 1971‐ci ildə universitetdə ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açılıb. Həmin vaxtdan etibarən fakültənin müəllim heyətinin respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam edilməsinə başlanılıb.

Vaxtilə Hüquq fakültəsinə qəbul olanlar əsasən partiya və digər dövlət orqanlarının yüksəkvəzifəli şəxslərinin övladları idi. Ulu Öndər respublika rəhbəri kimi bu ədalətsizliyi aradan qaldırdı və Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi.

Müxtəlif vaxtlarda Hüquq fakültəsinə professorlar İsa Məmmədov (1980-1985), Firudin Səməndərov (1985‒1989, eləcə də 2007-2011-ci illərdə dekan vəzifəsini müvəqqəti icra edib), Məmmədxan Rəsulov (1989‐1998), Namiq Əliyev (2001-2002), Yusif Mehdiyev (2002-2003), Kamilə Sarıcalinskaya (2003-2007), Əmir Əliyev (2011-2022) rəhbərlik edib. 2022‐ci ildən Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevdir.

Hazırda fakültədə 25‐dən çox hüquq elmləri doktoru və 100‐ə yaxın hüquq üzrə fəlsəfə doktoru olmaqla 120‐dən artıq professor‐müəllim fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropa, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da bu gün fakültədə tədris prosesini uğurla aparırlar.

Fakültədə tədris bakalavriat, magistratura və ikipilləli doktorantura səviyyələri üzrə Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Bakalavriat səviyyəsi üzrə 1600-dən, magistratura səviyyəsi üzrə 200-dən artıq tələbə təhsil alır, doktoranturada isə 100-dən çox tədqiqatçı hüquq elminin müxtəlif sahələri üzrə elmi tədqiqat işi yerinə yetirir.

Prezident təqaüdçülərinin sayına görə fakültə ölkədə və BDU‐da birinci yerdədir.

Hüquq fakültəsi ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin elm‐təhsil ocaqları ilə geniş əlaqələr qurub. ABŞ-ın Tüleyn Universiteti Hüquq fakültəsi ilə BDU-nun Hüquq fakültəsi arasında dəniz və enerji hüququ sahəsində magistratura proqramının təşkili ilə bağı niyyət protokolu imzalanıb. Bu fakültələrin birgə iki beynəlxalq konfransı keçirilib. Hazırda isə fakültənin magistraturasında dəniz və enerji hüququ ixtisası üzrə Qazaxıstanın Əl‐Fərabi adına Universiteti ilə ikili diplom üzrə əməkdaşlıq həyata keçirilir.

BDU ilə Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu arasında imzalanmış memorandumlara əsasən Hüquq fakültəsində transmilli cinayət hüququ ixtisası üzrə magistratura təhsili həyata keçirilir. Magistraturanın Avropa hüququ ixtisaslaşması Almaniyanın Vürzburq Universiteti ilə BDU arasında imzalanmış memorandumlara əsasən qurulub. Otuzdan çox məzuna BDU-nun diplomu ilə yanaşı, Avropa hüququ ixtisaslaşması üzrə Vürzburq Universitetinin diplomları verilib. Fransanın Lion‐2 Universiteti ilə əqli mülkiyyət hüququ magistratura ixtisaslaşması sahəsində də ikili diplom proqramı üzrə magistr hazırlanır.

Fakültənin tarixində ilk dəfə olaraq 2023-cü ildə müəllim və tələbə heyətinin Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə Strasburq şəhərinə AŞ-nin mənzil‐qərargahına təlim səfəri baş tutub. Eləcə də fakültənin tarixində ilk dəfə olaraq “Tələbədən tələbəyə” layihəsinin icrasına başlanılıb. Əsas məqsədi tələbələrin tədris prosesinə cəlb edilməsi işinin təşkilindən ibarət olan bu layihə çərçivəsində xüsusi təlim keçmiş yuxarı kurs tələbələri tərəfindən aşağı kurs tələbələri üçün hüquqa dair müxtəlif mövzular üzrə interaktiv təlimlər keçirilir.

Son iki il ərzində Hüquq fakültəsi tərəfindən onlarca dərslik, dərs vəsaiti, monoqrafiya, proqram nəşr olunub. Bu əsərlərin əksəriyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Hüquq fakültəsinin 95 illiyinə həsr edilib.

Hüquq fakültəsinin məzunları olan Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı göstərilməsi də tələbələrə vətənpərvərlik hissinin aşılanmasının bariz nümunəsidir. Bu istiqamətdə işlər çərçivəsində fakültənin kollektivi onlarla mütəmadi görüşlər təşkil edir. Qazilər, eləcə də Hüquq fakültəsinin məzunu, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3‐cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid Ceyhun Şalıyevin ailəsi Zəfər Günü münasibətilə təşəkkürnamə ilə təltif ediliblər.

2024-cü ildə fakültənin keçirdiyi önəmli tədbirlərdən biri də Respublika Hüquq Olimpiadası olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilmiş bu olimpiada formatına və hüququn bütün əsas sahələrini əhatə etməsinə görə respublikamızda ilk dəfə təşkil edilib.

İstər ayrı-ayrı tədbirlərdə, istərsə də tələbələr qarşısında mütəmadi çıxışları zamanı fakültənin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərdiyini, respublikamızda elmin sürətli inkişaf mərhələsinin, köklü hüquqi islahatların məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, Ulu Öndərin başladığı səmərəli islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətimizin başçısının imzaladığı aktların elm və təhsilin dinamik inkişafını təmin etdiyini xüsusi vurğulayır.

Bu il 105 illiyi qeyd olunan Bakı Dövlət Universitetinin 96 illik tarixə malik Hüquq fakültəsi ölkəmizdə hüquqşünas kadrların yetişdirildiyi, hüquq elminin aktual problemlərinin tədqiq olunduğu əsas mərkəz kimi fəaliyyətini bundan sonra da davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı