BDU-da “Biotibbi tətbiq üçün metalların üçölçülü çapı” mövzusunda məruzə dinlənilib
Bakı, 24 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda doktorant Möhsün Əlizadənin “Biotibbi tətbiq üçün metalların üçölçülü çapı” mövzusunda məruzəsi dinlənilib.
M.Əlizadə ilkin olaraq apardığı ədəbiyyat icmalı əsasında üçölçülü printerlərin tətbiqindən danışıb. O, selektiv lazer yandırma (SLS), selektiv lazer ərimə (SLM), metalın lazer ilə birbaşa çökdürülməsi (LDMD), selektiv elektron-şüa əriməsi (SEBM), lazer induksiyalanmış düz köçürmə (LIFT), atom diffuzion əlavələrin yaradılması (ADAM), nanohissəciklərin axınlı emalı (NPJ) və 3DP/bağlayıcı axın əsaslı üçölçülü printerlər, onların işləmə prinsipləri, üstünlükləri və çatışmazlıqları haqqında məlumat verib. Sonra məruzəçi tibb sahəsində istifadə olunan implantların üçölçülü printerdə hazırlanması üçün daha çox istifadə olunan metallar - titan ərintiləri, tantal, kobalt-xrom ərintisi, maqnezium, dəmir, sink, maye metallar, onların tətbiq sahəsi, üstünlükləri və çatışmayan cəhətləri barədə seminar iştirakçılarını məlumatlandırıb.
Eyni zamanda, printerlərin iş prinsipi ilə yaxından tanış olmaq məqsədilə bir neçə video nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]