ELM VƏ TƏHSİL
BDU-da “Campbell Biologiya” dərsliyinin təqdimatı
![](/files/galleryphoto/2023/2/1200x630/16838747856215064748_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/1683874785621962801_1200x630.jpeg)
Bakı, 12 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Campbell Biologiya” dərsliyinin Azərbaycan dilinə tərcümə edilmiş ilk nəşrinin təqdimat mərasimi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 19 dilə tərcümə olunmuş kitab 3 bölmə, 56 fəsildən ibarətdir. Kitab biologiyaya giriş xarakteri daşıyır və dünyanın qabaqcıl universitetlərində istifadə olunur. Dərslik biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında (tibb, kənd təsərrüfatı, mühəndislik və s.) istifadə edilir. Bundan əlavə, kitab fənn olimpiadalarına hazırlıqda və peşəkarlar üçün ümumi istinad kimi də istifadə olunur.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri mərasimdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov və digər çıxış edənlər kitabın Azərbaycan dilinə tərcümə olunmasının tələbə və əməkdaşlar üçün əhəmiyyətini vurğulayıblar.
Sonra BDU-nun Elmi Kitabxanasına 10 nüsxə dərslik hədiyyə edilib.