ELM VƏ TƏHSİL
BDU-da “Xalqımızın qəhrəmanlıq tarixi” adlı kitab sərgisi təşkil edilib
Bakı, 28 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 28 May - Respublika Gününə həsr olunmuş “Xalqımızın qəhrəmanlıq tarixi” adlı kitab sərgisi təşkil edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı, tarixi abidələrindən bəhs edən nəşrlər, eyni zamanda, görkəmli şəxsiyyətlər, sərkərdə və dövlət xadimləri haqqında 100-dək kitab nümayiş etdirilir.
Nümayiş olunan nəşrlər arasında müstəqilliyə aparan çətin və keşməkeşli yolun, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əsas aspekt və mərhələləri, Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasətini əks etdirən kitablar xüsusi yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]