ELM VƏ TƏHSİL
BDU ilə Tekirdağ Namık Kemal Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Tekirdağ Namık Kemal Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb. Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Tekirdağ Namık Kemal Universitetinin rektoru Mümin Şahin imzalayıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində bakalavrların, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
2006-ci ildə əsası qoyulmuş Tekirdağ Namık Kemal Universitetində 30000 tələbə təhsil alır. On bir fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə 3 institut, 12 peşə məktəbi və 16 araşdırma mərkəzi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [15:45]
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB
- 01.06.2024 [14:12]
ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub
- 01.06.2024 [13:26]
Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB
- 01.06.2024 [12:42]
Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb
- 01.06.2024 [12:24]