ELM VƏ TƏHSİL
BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin kollektivi fakültənin şəhid məzunu Elşən Salayevin məzarını ziyarət edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültənin dekan müavini Elnur Əbilov, Azərbaycan tarixi (humanitar elmlər üzrə) kafedrasının müdiri Azad Rzayev, müəllimlər Əsgər Zeynalabdinov, Aytən Abbasova-Quliyeva, Anar Cəfərov, Ədalət Qafarlı və tələbələr şəhidin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Elşən Salayev Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Müxtəlif medallarla təltif olunan Elşən Salayevin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.