BDYPİ küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Bakı, 8 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib. BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şəraitinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
“Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - deyə müraciətdə bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
- 13.06.2026 [09:00]
İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]