Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bədii axtarışlarda yaşanan ömür

Bədii axtarışlarda yaşanan ömür

Bu gün Xalq şairi Fikrət Qocanın 85 yaşı tamam olur

Bakı, 25 avqust, AZƏRTAC

Fikrət Qocanın ədəbi ömrü bədii axtarışlarda keçib. Vətənin içindən başlayan səyahəti sərhədlər aşıb, dənizlər, okeanlar keçib, insanlar, talelər, ömürlər arasında yaşayıb. İctimai-siyasi hadisələrin kökünə varıb, müxtəlif xalqların tarixini öyrənib. Yaddaşının mərkəzində olan hadisə və şəxsiyyətləri bədii süjet xəttində işləyərkən realizm prinsipinə söykənib, poetik təsvirlərində dolğun şəkildə əks etdirib. Bu əsərlər heç şübhəsiz, yaradıcılığının ilk dövrlərindən başlayaraq müdriklik çağınacan yol alan ədəbi taleyinin dəqiq kompasıdır. Bu kompasın göstərdiyi məkan və obyektlər torpaqdı, dənizdi, mavi göylərdi və əlbəttə ki, onları sevdirən, həyatın çox gərəkli, vacib elementinə çevirən insandı, onun mənəvi dünyası, arzuları, gələcəyə ümidli baxışlarıdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin Azərbaycanın Xalq şairi Fikrət Qocanın 85 ilik yubileyinə həsr etdiyi “Bədii axtarışlarda yaşanan ömür” məqaləsində yer alıb. Yazını oxuculara təqdim edirik.

Fikrət Qocanın əsərləri həyatımızın tərkib hissəsi olmuş hadisələri düşüncəmizə, yaddaşımıza yazmaq qüdrətindədir. Bu əsərlərdəki lirik ovqat, hiss və düşüncə, vətəndaşlıq missiyası, dünyəvi mətləblər, milli-bəşəri problemlər özünün çeşidli çalarları ilə həyat həqiqətlərinin timsalında cəsarətlə, qətiyyətlə işıqlandırılmışdır. Onun yaradıcılığında xalq həyatı, Azərbaycanın tarixi, dünyamızın mənzərəsi bütün əzəməti, parlaqlığı ilə öz əksini tapmışdır. Bədii axtarışlarından qazandığı ədəbi uğurlarına görə də cəsarətlə demək olar ki, Fikrət Qoca uzun illər özünün poetik düşüncəsi, milli təfəkkürü ilə zamanın içi ilə yeriyən, yaşadığı hadisələrin ictimai mənasına varan güclü, qüdrətli ədəbi şəxsiyyətdir. Şair yaradıcılığı boyu sözdən fırça kimi də istifadə etməyi bacarmışdır. Onun poeziyası, həm də nəsri dünyanın gərdişinə, milli-bəşəri hadisələrə, yaşadığımız itkilərə, ölümsüz ölümlərə, qəhrəmanlıqlara həsr olunmuş yaddaş rəsmləridir. Səfərlərdə gördüyü şəhərlər, bu şəhərlərin təbiəti, insanları, çayları, meşələri onun əsərlərində bir panoram kimi görünür.

Müəllif özünün qəhrəmanlarını uzaqlarda - dənizlərin arxasında, nağıllarda, əsatirlərdə arayıb-axtarmır, insanların arasında apardığı müşahidələrindən görüb-götürür. Qəhrəmanların təbiətindən, xarakterindən, hal-xasiyyətindən gələn xüsusiyyətləri sözünün qüdrətilə nizama düzür. Beləliklə, onlar yazıçının bədii təxəyyülündə, düşüncəsində formalaşaraq həyat-cəmiyyət hadisələri, bədii obrazlar timsalında həqiqi ədəbiyyatın materialına çevrilə bilir.

Fikrət Qoca ilk gənclik çağlarından həyatı öyrənmək sevdasında olduğundan illər boyunca qarşısına qoyduğu məqsədini, istəyini reallaşdıra bilib. Kotanarxdan başlanan müşahidələrini yaşam boyu ürəyinin işığından, istisindən keçirərək yüzlərlə əsərlərinin mövzusu edib. Həyatdan öyrəndikləri, insanlardan görüb-götürdükləri hər zaman düşüncəsini, duyğularını qanadlandırıb. Bu əsərlərdə ilk yaradıcılığından üzü bəri kamilləşən, müdrikləşən şair özünəinamı və özünüdərki gənclərə öyrətməyə, təlqin etməyə çalışıb. Fikrət Qoca gəncliyimizin ən populyar şairi idi. Hələ o vaxtlar sayca az olan mətbuat orqanlarında onun şeirlərini həvəslə oxuyur, mahnılarını sevərək zümzümə edirdik. Şairin həyata sevgisi, marağı şeirləri kimi həmişə təravətlidir. Hərdən mənə elə gəlir ki, Fikrət müəllim üçün şeirlərinin məxsusi yazıldığı vaxt, şərait yoxdur. Gəzdiyi, olduğu yerlərdə həyata, təbiətə, insanlara poetik nəzərlərlə baxdığındandır ki, dünya şairin gözündə bitib-tükənməyən arzularının, həyat eşqinin çeşməsi timsalındadır.

Görsəm ki, arzumun

ləçəkləri tökülür,

Görsəm ki, ümidimin

beli bükülür,

Yenə işığını sevərəm,

Səni öyərəm.

Gözəlsən, dünya,

deyərəm.

Dünyanın gərdişindən, vərdişindən öyrənən şair gəldi-gedərlik qanunlarının incəliyinə varmağı, gözü-könlü tox, ləyaqətlə yaşamağı vacib sandığındandır ki, həyata açıq gözlə, reallıq prizmasından nəzər yetirməyi başqalarına da tövsiyə edir. Ömür boyu hərisliklə, acgözlüklə var-dövlət yığanlara şairin olduqca sadə bir xatırlamasından necə faydalanmayasan...

Öldü varlı ata,

qaldı varisi.

Dedi ki, - Mənimdir

torpaq, xaniman.

Bu vaxt eşidildi

Torpağın səsi:

Görək kim-kimindir,

Ey cavan oğlan.

Gənclik illərinin yadigarı olan bu yığcam şeirdə şair vara, dövlətə həris insana böyük mətləbi anladır. Burda nəsihət də var, böyük hikmət də: Nə varsa, hamısı torpağındı... Əldən tutmaq, qoldan yapışmaq, tikəni bölüşmək, xalqını, vətənini sevmək, sevdiklərinə sadiq olmaq, dəyərləri yaratmaq və yaşatmaq - budur insanın yaşadığı dünyada öhdəliyi, insanlıq borcu.

Bu gün ölkələrin bir-biri ilə əlaqəsi, dünyanın əmin-amanlıqda olması bütün xalqların istəyi, arzusudur. Bu münasibətləri qorumaq isə dünya xalqlarının vətən borcu olmalıdır. Təəssüflər olsun ki, bəzən kağız üzərində sülhün tərəfdarı olub insan qanına susayanlar, özgə torpaqlarına göz dikənlər, günaha batanlar heç Allahı yada salmırlar. Amma Tanrı insanlara qəddarlığından, amansızlığından əl çəkməyə vaxt verir, zaman verir. Şair dünyanı qarışdıranlar, insanlığı məhv edənlər, yer üzünü viran qoyanlarla, Allahlıq iddiasında olanlarla həmişə savaşdadır:

Özünüzü haqq saymayın,

Özünüzü Allah saymayın!

Durduğunuz yerə enincə, enin.

Ətrafdakı ağlayan,

gülən insanları

görüncə enin!

Bizə verilən vaxt Allah amanıdır.

Şairin Vətənə sevgisi adi deyil, orijinaldı. Vətənin gülünü, çiçəyini sevmək, gözəllərini vəsf etmək hələ böyük sevgi deyil. Gərək Vətənin dərdini çəkməyi, qada-balasını almağı bacarasan. Ağır günlərində sözünlə, əməlinlə sərhədinə çəpər olasan. Onu gələcək nəslə ləyaqətlə əmanət edə biləsən. Fikrət Qocanın Vətən sevgisi belə bir borc hissindən, ona həqiqi bağlılıqdan yaranıb.

Ulu vətən sevgisi

Sevgilərin tacıdı.

Şirinlərdən şirindi,

Acılardan acıdı.

Fikrət Qocanın yaradıcılığında mahnı mətnləri də xüsusi yer tutur. “Azərbaycan”, “Yollar görüşəndə”, “İlk sevgi”, “Ana”, “Məcnun gəzər Leylini”, “Ay ana, dostum evlənir”, “Dilin can incidəndir”, “Gəl səhərim”, “Bir baxmısan, bir də bax”, “Sənin bircə təbəssümün”... mətnlərindəki həzinlik, ülvilik, şirinlik, eyni zamanda işıqlı sabahların, ümidlərin ziyası insanı duyğulandırır. Bu şeirlər sadəcə musiqiyə yatımlı olması ilə deyil, orda təsvir olunmuş Vətən torpağı, onun bitirib-yetirdikləri, çayları, çəmənləri, insanın munis duyğuları bütün gözəllikləri ilə doğma və əzəmətli görünür.

Adi həqiqətlərin içərisində insanın mənəvi qatında gizlənən, uzaq yolların düşüncələrinə, görüb-götürdüklərinə, ümumən bütün gerçəkliklərə müəllif çox bucaqlardan göz yetirir. Bizi də yaşadığımız ömrə həqiqətin gözü ilə nəzər yetirməyə sövq edir. Bunlar şairin öz düşüncələri olsa da həyat materialları ilə xarakterizə edildiyindən ictimailəşə bilib. Elə şeirin, sənətin gücü də bundadır.

Poemalarında istər vətəndə baş vermiş ictimai-siyasi hadisələr, istərsə də uzaq ölkələrə səfərləri zamanı o yerlərin həyatı, insanları, təbiəti haqqında eşidib-bildiklərini, gördüklərini şair müasirlik-tarixilik qovuşuğunda işləmişdir. Fikrət Qocanın poemaları ciddi, gerçək hadisələrdən bəhs edən həyat hekayələridir. Bu əsərlərin aşıladığı ideya və qayə, müəllifin məqsədi sadə, həm də dolğun süjet xətti boyunca işıqlandırılıb. “Oddan keçənlər”də 37-in vahiməsi, qara-qorxusu böyük sənətkarlıqla işləndiyindən, əzilən, məhv edilən insanların fəcisində şairin zamana tüğyan edən qəzəbi oxucunu riqqətə gətirir. Bu dövranda satanların şərəfsizliyi üzündən satılan tərəflərin ocaqları söndürülüb, evləri dağılıb. Qəribədir, zülmə-zindana dözüb-dayananlar azadlıqda da rahat yaşaya bilmirlər. Çünki üzə duranlar, haqqa şər atanlar yenə vəzifə başındadırlar. Bütün bunları görmək və duymaq şairi çox incidir. Belələri ilə üz-üzə gəlmək qəlbini ağrıdır. Amma həqiqət incələr, üzülməz, deyib atalar. Haqq aşiqi günahsız köçür bu dünyadan, xain, satqın, ev yıxana isə “şərəfsiz bir əcəl” qismət olur.

Vətənə sədaqət, xalqın azadlığı uğrunda mübarizəyə qalxmaq, bir vətəndaş olaraq qəhrəmanın vətənpərvərliyindən, mübarizlik ruhundan xəbər verir. Şərt o deyil ki, bu qəhrəman sənin öz millətindən olsun. Azadlıq bütün xalqlar üçün şirin nemətdir. O qəhrəman bütün xalqlar tərəfindən sevilir, ehtiramla yad edilir. Məhz buna görə də şair başqa xalqların qəhrəmanlarına da rəğbətlə, sevgi ilə yanaşır, öldürülən, məhv edilənlərə heyifsilənir. Çe Qevara, Xose Risal, Li Vin Tam, Amilkar Kabral kimi qəhrəmanların böyük amallar uğrunda döyüşlərinə haqq qazandırır. Bu mənada şairin bədii yaddaşından keçən qəhrəmanlara, əfsanəvi partizanlara rəğbəti böyükdür. Çünki xalqını, torpağını sevən oğul, vətəndaş harada doğulub, hansı millətdən olsa da insanlıq üçün bir amal var: Vətən üçün yaşamaq!

Şair insan taleyini, Vətənin ağrı-acılarını düşüncəsindən, mənəvi süzgəcindən keçirən sənətkar olduğundandır ki, dünyada baş verənlərə təkcə mənsub olduğu xalqın yox, dünya vətəndaşı kimi, milyonların gözü ilə baxa bilir. Dünyanı başına almış fəlakətlərə qarşı çıxmağa, insanların ləyaqətlə yaşamasına, çalışmasına səsləyən poeziyasından bir dünyasevərlik ruhu keçib gedir. Elə buna görədir ki, bir insan taleyinin üzərində qurulan poetik fikirlərdə milli-bəşəri duyğular ustalıqla ifadə olunur. O, həmişə düşünür, arayır, axtarır, məqamında məntiqi dərkinin poetik peyzajını yaradır. Göz dolu, ürək yüklü, axı o da boşalmalı, dinclik tapmalıdı. Bu səbəbdən, şair daim axtarışda, el-oba içində, kəndlərdə, şəhərlərdə - yaxın-uzaq səfərlərdə bir yaradıcı ömür yaşayır. Bədii-fəlsəfi düşüncəyə, həyat müşahidələrinə malik olanlar üçün dünyanı dərk etmək, mənəvi-əxlaqi dəyərlərin fövqündə olmaq, milli-bəşəri dərdləri, ağrıları duymaq, qiymətləndirmək və bunların bədii panoramını yaratmaq Fikrət Qoca poeziyasının, bütövlükdə ədəbi irsinin ideya və mahiyyətini ifadə edir. Bəzən insan təkliyə, öz içinə çəkiləndə, düşüncələrinə qapılanda xalqın yaddaşında olan işıqlı insanların xatirəsinə dalır. Şair belə vaxtlarda həyatında yeri olan, izi qalan insan barədə düşüncələrə dalır, onu anır. Bir ölüm xəbərindən başlanan düşüncələri xatirələrə yol alır. O yolda sözə ehya edənlərdən biri, Rəsul Rza görünür. “Rəsulsuz dəqiqələr” böyük şairin yoxluğundan rahatsız olan Fikrət müəllimin ağrısı, sarsıntısıdır. Əsər boyu R.Rzanın öz hikmətləri də müəllifin fikir karvanının yolu üstündə bir mayaka dönür. Bu sadə deyimdə, düşüncədə müəllifin bənzətməsi, güclü məntiqə söykənir.

Şair qocalmır,

Ömrü bir yaz olur, qurtarır.

Şair ölmür,

Qara qələm kimi yazılır, qurtarır.

Sadə deyim tərzi bədii qavramada hamar və rahat bir üslub olduğundan yaddaşa asan yazılır.

Niyə bu qədər sevilən və yadda qalandı bu poeziya? Bu, şairin həyat hadisələrinin mərkəzində olan insanları, onların mübarizələrini, yaşam haqqını öz biçimində, rəngində və çəkisində görə bilməsi və dəyərləndirməsi ilə bağlıdır. Bu şeirlərdə gör-götür etməli çox gerçəkliklər var. İki əsrin tərənnümçüsü olan şairin zamanla səsləşən poeziyası gün işığında görünən həyat həqiqətlərinin bədii əksidir.

Fikrət Qocanın yaradıcılığında bir Vətən mənzərəsi, Vətən obrazı var. Bu mənzərə-obrazlara rövnəqlik gətirən yenə də çeşid-çeşid insanlardı. Yaxın keçmişdə yaşadığımız tarixi hadisələr - faciələr, acılar, itkilər, şəhidlik ağrıları, kənd adamlarının psixologiyasını xarakterik xüsusiyyətlərlə, çoxçalarlı həyat hadisələri ilə canlandırmaq istəyi şairi nasir kimi də fəaliyyətə sövq edib. Hər iki janrda (poeziya, nəsr) yaratdığı əsərlərinə yaxından bələd olduqca onun poeziyasında duyduğum təhkiyə elementləri nəsrində geniş məkana, hadisələrə çevrilmiş, həm də çox rahatlıqla, rəvan, axıcı, şirəli dillə təsvir olunmuşdur. Yazıçı bu əsərlərində də vətənin, xalqın taleyini zəngin həyat materialları əsasında yaratmağa üstünlük verib. Çünki gerçəklik, həyata doğru mövqedən yanaşmanın mühüm şərtidir.

Odur ki, Fikrət Qocanın Azərbaycan ədəbiyyatına xidmətlərini təkcə poeziyası ilə ölçmək doğru deyil. O, nəsr sahəsində də uğurlu əsərlər yaradıb. “Seçilmiş əsərləri”nin bir neçə cildində şair-nasirin müxtəlif illərdə yazdığı nəsr əsərləri yer alıb. Həmişə bu fikirdə olmuşam ki, yaradıcı insan sözünü ədəbiyyatın bir neçə növ və janrında ifadə edə bilər. Bu istiqamətlər yaradıcılıqda paralel xətlər kimi inkişaf edir. Bu əsərlər böyük yaradıcı zəhmətin məhsulu olan həyat gerçəkliklərini, xalqın yaşadığı ağrıları, böyük sevgini, hikməti, müdrikliyi ifadə edən yaşamları ilə xarakterikdir. Fikrət Qocanın böyük vətəndaş olması da vətənin, xalqın taleyini öz ömründə yaşaması, onunla qanadlanması, pərvazlanması ilə diqqət çəkir.

1988-ci ilin meydan hadisələri, 90-cı ilin yanvar faciələri, Xocalı qətliamı, Fikrət müəllimin yaradıcılığında hadisələrə reallıq prizmasından nəzər yetirməsi, bir vətəndaş ziyalı olaraq, bu ağrıları yaşayaraq qələmə alması ilə diqqət çəkir. Müəllif onları nə qədər bədii detallarla zənginləşdirsə də bu hadisələr sənədli-bədii əsərlər kimi qəbul olunur. F.Qocanın yazıçı məharəti, ustalığı ondadır ki, sadə süjetlərdə mühitin eybəcərliyini, ictimai qüsurları təmkinlə, usta bir vərdişlə tənqid edir. Həm də cəmiyyətin mənfiliklərini həyat tərzində, düşüncəsində daşıyanların böyük qismini tipikləşdirməyə nail olur. Eləcə də insanların bir-birindən fərqli yaşam tərzini gerçəkliklərin fonunda təqdim edir. Bu təqdimat-təsvirlərin içərisində Suzen Dark, Əşrəf, Gülzar xanım kimi obrazlar aramızda yaşayırmış kimi onların talelərinə həssaslıqla yanaşırıq. Bu əsərlər bizi, başqasının həyatıdır, deyib, ictimai ağrıların daşıyıcılarına çevrilmiş bu insanlara yad nəzərlərlə baxmaq vərdişindən qurtarmaq gücündədir. Fikrət Qocanın nəsri bizi belə bir laqeydlikdən çəkindirir, gerçək sənət əsəri ilə cəmiyyət arasında bir doğmalıq, istilik yaradır.

Fikrət Qoca təbiətə, insanlara həyatın rənglərindən elə naxışlar vurur ki, bunlar tək-tək bədii detallar kimi yaddaşa həkk olur: “Kəndimiz o qız gələndə ağ-qara kino idi. O qız kəndə gələn andan oldu rəngli kino”. “Sulu yerin qamışı kimi vızz eləyib çıxıb göyə, Allaha pay aparır”. “Deyirlər Yaradan insanı özünə bənzər yaradıb. Yaradan bütün yaratmaq meyli olmağımızı, düşünmək, kəşf etməyə cəhdimizi yəqin ki, nəzərdə tuturmuş...” “Məhəbbət daş deyil ki, başına düşə, huşunu itirəsən. Gərək ürəyin, qapın açıq ola”. “Yaz yerdən qaynayırdı, göydən yağırdı”... Bu bənzətmə və detallardan istənilən qədər göstərmək olar.

Nəsr əsərlərində mənə xoş gələn cəhətlərdən biri də müəllifin özünün hadisələrin içərisində, qəhrəmanların yanında olmasıdır. O özünün ibrətamiz, nəsihətamiz fikirləri, müdaxilələri ilə oxucunu həyatı canlı-canlı görməyə, dərk etməyə çağırır. Bununla bir növ insanları, xüsusən də cavanları səhvlərdən çəkindirməyə çalışır.

“Dəniz altındakı xatirələr”də 41-45-in müharibəsi, Şura hökumətinin ölkəyə gətirdiyi ab-hava, bəy-xan-kəndli münasibətləri, insan taleləri, psixoloji ağırlıqlar, oxucu yaddaşından şırım açaraq keçib-gedir. Burada Bəhram obrazı müharibə mövzusunda yazılan əsərlərdən bir çox cəhətləri - özünəxas sərtliyi, xarakteri, “tuncdan tökülmə bədəni”, bu kimi bir sıra təsvirlərlə fərqlidir, yenidir. Bu mövzuda yazılmış başqa bir əsərdə isə (“Qoca söyüd yıxıldı”) müharibənin gətirdiyi dəhşətlər, aclıq, fəlakət tamam başqa istiqamətdən canlandırılmışdır. Burada diqqətə yönəldilən insan taleyidir. Müharibə Hüsən kişinin hər şeyini əlindən alıb. Həyat get-gedə öz axarına düşsə də Hüsən kişinin düzəni pozulmuş həyatı sıxıntı içindədir. Ən böyük faciə Hüsən kişinin təkliyidir...

Əvvəldə qeyd etdiyimiz kimi, yazıçı meydan hadisələrini, onun yaşadığı ağır, üzücü günləri həyat həqiqətləri fonunda qələmə alıb. 20 Yanvar faciəsindən bəhs edən əsərdə o gecə adamlarla bərabər şəhid olmuş Bakıya şahidlik edən müəllif sanki yaddaşımızın rəsmini çəkib. Burada Vətənin taleyi bütünlükdə insanların həyatından keçir. Kiçik bir nümunə: “Öznəm tonqala tərəf qaçdı. Oradan bir anın içində tufan keçmişdi, adamları, ağacları, daşları, asfaltı burub, əzib, didib, töküb getmişdi. Ayaqqabı tayı vardı, içində ayaq, sırıqlı qolu vardı, içindən insan ovcu üzü Allaha baxırdı, üstündən tanklar keçmiş yüngül maşınlar içinin adamı ilə yerə yapışmışdı...” (“Ölüm ayrılıq deyil”). O gecə baş verən hadisələrin bütün gerçəkliyi ilə gələcək nəslə ötürülməsi müəllifin başlıca məqsədi olmuşdur. Bu başlıca amil Fikrət Qocanın istər poeziya, istərsə də nəsr əsərlərinin mahiyyət və ideyasını ifadə etdiyindən ədəbiyyat tariximizin parlaq bir səhifəsi olaraq bütün zamanlarda müasir və aktual səslənəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb