BƏDİİ GİMNASTİKA ÜZRƏ 27-Cİ DÜNYA ÇEMPİONATININ İŞTİRAKÇILARINA
Sizi – bədii gimnastika üzrə dünya çempionatının iştirakçılarını səmimi qəlbdən salamlayıram.
Azərbaycanımız indi hərtərəfli inkişaf dövrünü yaşayır. Bu tərəqqi respublikada idman və Olimpiya hərəkatı sahəsində də özünü açıq-aşkar göstərir. Sevinirəm ki, birgə səylərimiz Azərbaycanı dünyanın öncül idman ölkələrindən birinə çevirmişdir. İdman təşkilatlarımızın, milli idman federasiyalarımızın beynəlxalq əlaqələri xeyli ğenişlənmişdir. Bədii gimnastika üzrə dünya çempionatı kimi mötəbər yarışın Bakıda keçirilməsi bu faktı bir daha təsdiq edir. Belə bir ənənəni daim qorumaq və inkişaf etdirmək lazımdır.
Dünya çempionatının yüksək səviyyədə keçiriləcəyinə, iştirakçıların və qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrılacağına əminəm. Yarış iştirakçılarına uğurlar, qələbə sevinci, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2005-ci