BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub
Qahirə, 14 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İraq Kürdüstanındakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə hədəfə alınıb. PUA hücumu nəticəsində iki təhlükəsizlik işçisi yaralanıb və konsulluq binasına ziyan dəyib.
AZƏRTAC BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, BƏƏ Xarici İşlər Nazirliyi bu hücumu regional təhlükəsizlik və sabitliyə təhdid adlandırıb. XİN-nin bəyanatında vurğulanıb ki, diplomatik nümayəndəliklərin və binaların hədəfə alınması bütün beynəlxalq norma və qanunların, xüsusən də diplomatik binaların və şəxsi heyətin tam toxunulmazlığını təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
BƏƏ İraq Respublikası Hökumətini və Kürdüstan Regional Hökumətini bu hücumun səbəblərini araşdırmaq, məsul şəxsləri müəyyən etmək və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
Bəyanatda, həmçinin ölkənin təhlükəsizliyini və sabitliyini pozmağa yönələn bu hücumların qəbuledilməz olduğu, diplomatik binaların, nümayəndəliklərin və onların şəxsi heyətinin beynəlxalq qanun və normalara uyğun olaraq qorunmasının zəruriliyi vurğulanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]