Bəhreyn Krallığı: Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir
Manama, 16 sentyabr, AZƏRTAC
Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçirilmiş qondarma “bələdiyyə seçkiləri” ilə bağlı etiraz bəyanatı yayıb.
AZƏRTAC xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir: “Bəhreyn Krallığı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bir daha bəyan edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir”.
Bəhreyn Xarici İşlər Nazirliyi hesab edir ki, işğal olunmuş Azərbaycan ərazilərində heç bir qeyri-qanuni tədbir keçirilməməlidir. Bəyanatda münaqişənin tezliklə sülh yolu ilə nizamlanmasına nail olmağın zəruriliyi vurğulanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Manama
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]