Bəhreyn Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Bakı, 5 may, AZƏRTAC
Bəhreyn Silahlı Qüvvələrinin bütün hərbi hissələri və silahları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Həmçinin hakimiyyət orqanları sakinləri son dərəcə sayıq olmağa və İranın hava hədəflərinin qırıntılarına və şübhəli əşyalara yaxınlaşmamağa çağırıb.
Bəhreyn ordusu bu açıqlamanı İranın Birləşmiş Ərəb Əmirliklərindəki hədəflərə endirdiyi zərbələrdən sonra verib.
Mayın 4-də Birləşmiş Ərəb Əmirlikləri İran ərazisindən buraxılan 12 ballistik, üç qanadlı raketin və dörd pilotsuz uçuş aparatının vurulduğunu iddia edib. Fuceyradakı neft kompleksinə edilən dron hücumu nəticəsində üç Hindistan vətəndaşı yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:08]
Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür
- 07.05.2026 [17:43]
Alimlər komanda ilə özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar
- 07.05.2026 [17:20]
“Shell”in xalis mənfəəti artıb
- 07.05.2026 [16:29]
ABŞ-nin neft istehsalı azalıb
- 07.05.2026 [16:02]