BELARUS PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİ APRELİN BİRİNCİ YARISINDA KEÇİRİLƏCƏK
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidentinin andiçmə mərasimi aprelin birinci yarısında keçiriləcəkdir. Bunu Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Nikolay Lozovik bildirmişdir.
O demişdir ki, əvvəllər təklif olunan müddət – martın 31-i Prezidentin iş qrafikinə uyğun gəlməmişdir. N.Lozovik demişdir ki, qanunvericiliyə görə, Belarus Prezidenti seçkilərin yekunları elan olunduqdan sonra iki ay müddətində and içə bilər.
Xatırladaq ki, martın 19-da keçirilmiş prezident seçkilərində Aleksandr Lukaşenko qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]