BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA
Hörmətli Aleksandr Qriqoryeviç,
Belarus Respublikasının dövlət bayramı - Müstəqillik günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeləri naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Belarus xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyun 2005-ci il.