BELÇİKA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB Gİ VERHOFSTADTA
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezdenti
Bakı, 14 iyul 2005-ci il.