Belçika məhkəməsi iranlı diplomatın 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb
Tehran, 5 may, AZƏRTAC
Belçika məhkəməsi 2018-ci ildə Fransada partlayış törətməkdə ittiham olunan İran diplomatı Əsədullah Əsədinin 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
AZƏRTAC xəbər verir ki, İran tərəfi məhkəmənin qərarına etiraz edərək, 1961-ci ildə imzalanan Vyana konvensiyasının tələblərinin pozulduğunu bildirib. Qeyd olunub ki, baş verməyən bir cinayətə görə diplomatı uzun müddət həbsxanada saxlamaq beynəlxalq qanunlara, insan hüquqlarına və demokratiyaya ziddir. Rəsmi Tehran hüquqi və diplomatik yollarla diplomatın azad edilməsinə çalışacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]