Belçikalı velosipedçi Yari Verstraeten: Finişə 20 kilometr qalmış qalib olacağıma inanmağa başladım
Gəncə, 9 iyun, Leyla Muradzadə, AZƏRTAC
Bu gün biz başqa cür yarış gözləyirdik, çünki qarşıda bizi çox çətin mərhələlər gözləyir. Üçüncü mərhələ çox çətin keçdi. Pelatonla liderin arasında 4 dəqiqə məsafə oldu. İdmançılar əsl əzmkarlıq nümayiş etdirdilər. Təəssüflər olsun ki, bugünkü mərhələdə iki velosipedçi mübarizəni dayandırdı. Ümid edirəm ki, digər velosipedçilər finala keçməyi bacaracaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.
Üçüncü mərhələnin qalibi Belçikalı idmançı Yari Verstraeten yarışın çətin keçdiyini deyərək bildirib ki, eniş olduğu üçün başlanğıc sürətli oldu. Aralıq sprintdə 4 velosipedçidən ibarət lider qrup formalaşdı. Aralıq vaxtı beş dəqiqəyə çatdırdı. Hərdən külək bizim istiqamətdə əksinə əsirdi. Finişə 20 kilometr qalmış qalib olacağıma inanmağa başladım. İtaliyalı velosipedçi Emanuele Ansolini dağ mərhələlərini yaxşı keçir. Düşünürəm ki, növbəti mərhələlərdə bu onda yaxşı alınmayacaq.
İlk üç mərhələnin lideri Emanuel Ansoloni vurğulayıb ki, birinci mərhələdə məni sarı köynəkdən bir neçə saniyə ayırdı. Bu gün sarı köynəyə sahib olduğum üçün çox xoşbəxtəm. Çalışacağam köynəyi özümdə saxlayım. İlk iki mərhələnin lideri Martin Papanov olub. Lakin mən özümə güvənirəm və inanıram ki, liderliyi qoruyacağam.
Qeyd edək ki, idmançılar iyunun 10-da Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafəni qət edəcəklər.