BELÇİKANIN KRALI ƏLAHƏZRƏT II ALBERTƏ
Əlahəzrət,
Belçika Krallığının milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Belçika münasibətləri xalqlarımızın rifahı naminə daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 iyul 2005-ci il.