Berlin aeroportunun işçiləri birgünlük xəbərdarlıq tətili edəcəklər
Berlin, 16 mart, AZƏRTAC
Almaniyada Xidmət İşçilərinin Həmkarlar İttifaqı (Ver.di) Berlin-Brandenburq Aeroportunda və bir neçə əyalətin ictimai nəqliyyat sektorunda çalışan işçiləri xəbərdarlıq tətilinə çıxmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Berlin aeroportunun işçilərinin martın 18-nə planlaşdırılan xəbərdarlıq tətili zamanı hava limanında uçuşların demək olar ki, tam dayanacağı gözlənilir. Tətilin səhər saat 05:00-da başlaması və gecəyarısınadək davam etməsi planlaşdırılır. Hava limanının təxminən 500 əməkdaşı tətilə qoşulmağa çağırılıb. Təhlükəsizlik yoxlamaları, qeydiyyat və baqajın emalı xidmətləri tətilə qoşulmasa da, uçuş-enmə zolaqlarındakı işıq siqnallarının idarə olunması, yanğınsöndürmə və digər xidmətlərin əməkdaşlarının tətilə çıxması gözlənilir.
Martın 19-da isə Bavariya, Şimali Reyn Vestfaliya və Hamburq əyalətlərində avtobus və metro qatarları depolarda qalacaq. Həmkarlar İttifaqının açıqlamasında gün ərzində aparılan danışıqların nəticəsindən asılı olaraq Hessen əyalətində də tətil elan edilə biləcəyi, Bremendəki işçilərin isə tətilə qoşulub-qoşulmamaq barədə növbəti günlərdə qərar qəbul edəcəkləri bildirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]