Bertran 2027-ci ildə Fransa prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb
Bakı, 5 fevral, AZƏRTAC
Hauts-de-France bölgəsinin (Fransanın şimalı) rəhbəri Xavier Bertran 2027-ci ildə keçiriləcək seçkilərdə respublika prezidenti postu uğrunda mübarizə aparmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Xavier Bertran bu barədə istəyini BFM TV-də açıqlayıb. “Mən Fransada qarşıdan gələn prezident seçkilərində namizəd olmaq üçün qəti qərar verdim", - deyə o bildirib.
Bu, əvvəllər əmək naziri kimi hökumətin tərkibində olmuş 58 yaşlı siyasətçinin Yelisey Sarayına rəhbərlik etmək üçün ikinci cəhdi olacaq. O, sonuncu dəfə seçki marafonuna 2022-ci ildə qatılıb, lakin respublikaçı həmkarlarının dəstəyini qazana bilməyib və yarışı erkən tərk edib.
Bundan sonra Emmanuel Makron ikinci dəfə ölkə prezidenti seçilib, lakin o, konstitusiya məhdudiyyətlərinə görə 2027-ci ildə üçüncü müddətə namizəd ola bilməyəcək.
Bertranın sözlərinə görə, o, “qəzəbli çoxluğun namizədi olmaq” istəyir. Bertran keçən həftə traktorlarla Parisə gələn fransız fermerləri dəstəkləmək üçün fəal şəkildə çıxış edib. Qəzəbli fermerlər Avropa İttifaqının Ukrayna məhsullarına rüsumların ləğv ilə bağlı qərarından sonra gəlirlərin kəskin azalması fonunda kənd təsərrüfatına hökumətdən təcili yardım tələb edirlər.
Qeyd edək ki, 2027-ci ildə Yelisey Sarayı uğrunda mübarizə aparmaq niyyətini ilk elan edənlərdən biri ifrat sağçı “Milli birlik” partiyasının rəhbəri Marin Le Pen olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]