BƏXTİYAR VAHABZADƏ YARADICILIĞI TRT EKRANLARINDA
Türkiyə Radio-Televiziya Qurumunun (TRT) “Qafqazı addım-addım” silsilə proqramının budəfəki buraxılışı xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuşdur.
TRT-nin Bakı təmsilçiliyindən AZƏRTAC-a bildirmişlər ki, şairin evində hazırlanmış verilişdə onun uşaqlıq illərindən bu günədək keçən zəngin ömür yolundan, ailəsindən, yaradıcılığa başlamasından danışılacaq. Verilişdə, həmçinin sovet dövründə ədəbiyyatımıza edilən təzyiqlərdən, şairin Türkiyə ədəbiyyatı ilə tanışlığa başlamasından və həyatının bir çox maraqlı səhifələrindən bəhs edən maraqlı sujetlər yer alacaqdır.
Proqram fevralın 10-da Bakı vaxtilə saat 16.05-də TRT-TÜRK kanalında, saat 20.50-də isə TRT-İNT kanalında göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]