Beyləqanda faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir
Beyləqan, 8 may (AZƏRTAC). Beyləqanda faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə 1941-1945-ci illər müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə çiçək dəstələri düzmüş, sonra mədəniyyət və istirahət parkında 1941-1945-ci illər müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər. Vətən uğrunda şəhid olanların ruhuna dualar oxunmuşdur.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev veteranları Qələbənin 66-cı ildönümü münasibətilə təbrik etmiş, azərbaycanlıların İkinci Dünya müharibəsində göstərdiyi şücaət, onların faşizm üzərində Qələbənin qazanılmasındakı rolundan, Prezident İlham Əliyevin müharibə veteranlarına diqqət və qayğısından danışmışdır.
Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbir ədəbi-bədii musiqili proqramla davam etdirilmişdir. Sonda müharibə veteranlarına hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]