İDMAN
BEYNƏLXALQ AĞIR ATLETİKA FEDERASİYASININ PREZİDENTİ TOMAŞ AYAN AZƏRBAYCANDA İDMANIN İNKİŞAFINDAN RAZIDIR
Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər çiçək dəstələri düzmüşlər.
Sonra gənclər və idman naziri Azad Rəhimov ilə Tomaş Ayanın görüşü olmuşdur.
Görüşdə 2010-cu ildə gənclər arasında, 2011-ci ildə isə Olimpiya Oyunlarına lisenziya qazanmaq məqsədi daşıyan dünya çempionatlarının Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Bakının bir çox mötəbər yarışlara ev sahibliyi etdiyini vurğulayan Azad Rəhimov, gələn il Bakıda keçiriləcək güləş üzrə dünya çempionatına hazırlığın vəziyyəti ilə ilə tanış olmaq üçün T.Ayanı bir daha ölkəmizə səfərə dəvət etmişdir.
Qonaq Azərbaycanda ağır atletikanın inkişafına yardım etməyə hazır olduğunu bildirmişdir. O, Azərbaycanda idmana göstərilən qayğını yüksək qiymətləndirmişdir.