Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar
Bakı, 1 noyabr, AZƏRTAC
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin “Beşiktaş Yurtbay Seramik” və Litvanın “HC Qranitas -Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər. Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da “Süleyman Seba” idman arenasında üz-üzə gələcəklər.
Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın “HC Lokomotiv G.Oryahovitsa” və Niderlandın “Kembit - Lions” komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]