Beynəlxalq Enerji Agentliyindən xəbərdarlıq: neft bazarları “qırmızı zona”ya daxil ola bilər
Qahirə, 21 may, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal neft ehtiyatlarının azalması və yay mövsümündə tələbatın artması fonunda neft bazarlarının “qırmızı zona”ya daxil ola biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC Qətər Xəbər Agentliyinə istinadla bildirir ki, bunu qurumun rəhbəri Fatih Birol Londondakı “Chatham House” tədqiqat mərkəzində çıxışı zamanı deyib.
O bildirib ki, yay aylarında yanacağa tələbatın pik həddə çatması, Yaxın Şərqdən yeni neft ixracının olmaması və qlobal ehtiyatların azalması iyul və avqust aylarında neft bazarında ciddi gərginlik yarada bilər.
Fatih Birol vurğulayıb ki, mövcud enerji böhranının həlli üçün ən mühüm addım Hörmüz boğazının tam və qeyd-şərtsiz şəkildə yenidən açılmasıdır. Onun sözlərinə görə, boğazın bağlı qalması və Yaxın Şərqdən yeni tədarükün olmaması qlobal ehtiyatların daha da tükənməsinə səbəb olacaq.
BEA rəhbəri qeyd edib ki, dünya Yaxın Şərqdəki müharibədən qaynaqlanan neft təchizatı böhranına əvvəlcədən mövcud olan neft profisiti ilə daxil olub və bu, ilkin şokun təsirini azaltmağa kömək edib. Lakin hazırda ehtiyatlar sürətlə azalır.
Fatih Birol, həmçinin Yaxın Şərqdə neft hasilatı və emalının müharibədən əvvəlki səviyyəyə qayıtmasının uzun zaman aparacağını bildirib və zərurət yaranacağı təqdirdə agentliyin strateji ehtiyatlardan əlavə neft buraxılışını koordinasiya etməyə hazır olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [22:23]
Əl-Küveyt hava limanı fəaliyyətini bərpa edir
- 21.05.2026 [21:32]
Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib
- 21.05.2026 [20:29]
CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib
- 21.05.2026 [20:12]
Misirdə böyük neft-qaz yatağı tapılıb
- 21.05.2026 [19:23]
Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir
- 21.05.2026 [18:50]
BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub
- 21.05.2026 [18:20]
Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb
- 21.05.2026 [16:13]