BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ PREZİDENTİ BRUNO QRANDİNİN ÇIXIŞI
Azərbaycan Gimnastika Federasiyasının prezidenti hörmətli Mehriban xanim Əliyeva!
Azərbaycan Respublikasının hörmətli dövlət nümayəndələri!
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Burada yenidən görüşmək bizim üçün çox sevindiricidir. Bu dünya çempionatında həyatımızın çətin məqamlarını, gündəlik problemlərimizi bir az da olsa unudub, maraqlı və mənalı anlar yaşamaq üçün gözəl imkan əldə edəcəyik. Bu, həm də bizim hamımız üçün Bakıda, Azərbaycanda - gözəl ənənələrin yaşadığı və gələcəyə qəti addımlarla irəliləyən bir ölkədə qonaq olmaq üçün gözəl fürsətdir.
Təsəvvürünüzə belə gətirə bilməzsiniz ki, Bakıdakı Təşkilat komitəsi bütün dövlət orqanlarının, könüllülərin və sponsorların dəstəyi ilə dünya çempionatını texniki göstəricilər və yaradıcılıq baxımından əsil sənət əsərinə çevirmək üçün nə qədər qayğı, peşəkarlıq və canfəşanlıq göstərmişdir. Məhz buna görə də onlara dərin minnətdarlığımızı bildiririk.
Əziz gimnastlar! Bu, həm də sizin üçün çətin idman mübarizəsində öz qüvvənizi sınamaq üçün əlverişli imkandır. Bütün bunlarla yanaşı, gəlin, idman etikasını və ədalət prinsiplərini də unutmayaq.
X X X
Sonra andiçmə mərasimi oldu. Hakimlər adından Beynəlxalq Gimnastika Federasiyasının hakimi İzabel Dekonsiyo, gimnastlar adından Azərbaycan təmsilçisi Vəfa Hüseynova and içdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Bruno Qrandi 27-ci dünya çempionatını açıq elan etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]