Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi: Azərbaycanla əməkdaşlığımızın inkişafından çox razıyıq
Paris, 28 fevral, AZƏRTAC
Bu gün Azərbaycan ekspertləri ilə görüşməkdən çox razıyıq. Azərbaycandan gəlmiş nümayəndə heyəti, xüsusilə də səfir ölkənizin nəqliyyat kommunikasiyalarına dair ətraflı məlumat verdilər. “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfransda Orta Dəhlizin əhəmiyyəti, bu marşrutda Azərbaycanın yeri və rolu, ölkənizin ambisiyalı layihələri haqqında ətraflı məlumat verildi.
Bunu AZƏRTAC-a müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCDE) mənzil-qərargahında Azərbaycanın Avropa və Asiya arasında davamlı nəqliyyat kommunikasiyasında roluna həsr edilmiş “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfransda Beynəlxalq Nəqliyyat Forumunun (İTF) Baş katibi Yunq Ta Kim deyib.
O bildirib ki, Azərbaycanın Avropa və Asiya arasında davamlı nəqliyyat kommunikasiyasında roluna həsr edilmiş “Azərbaycan - qitələri birləşdirən ölkə” adlı konfransda OCDE-nin üzv ölkələrinin nümayəndələrinə çox əhəmiyyətli məlumatlar verildi. “Konfransa azərbaycanlı ekspertlərin qatılmasından, xüsusilə də dünyanın bugünkü böhranlı vəziyyətində Azərbaycanla əməkdaşlığımızın inkişafından çox razıyıq”, - deyə Kim vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris