Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Azərbaycan İdman Akademiyasında təlim keçib





Bakı, 16 fevral, AZƏRTAC
Böyük Britaniyanın UCL Universitetinin professoru, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmorun “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlimi yekunlaşıb.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, təlimçi 3 gün ərzində idman sektorunda çalışan həkimlərə dizin təkamülü, onun anatomiyası və diz biotexnikası, medial kollateral bağ və s. haqqında ətraflı məlumat verib.
Həmçinin britaniyalı professor təlim prosesində təcrübələrini əyani formada nümayiş etdirib.