Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerlə görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə BQXK-nın ölkəmizdəki nümayəndəliyi ilə Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları arasında humanitar əməkdaşlığın imkanları, səfərlərin təşkili və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.