Beynəlxalq tədbirin iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
Gəncə, 8 iyun, Gülay Nəzərova, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı beynəlxalq tədbirin iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlara dahi şairin zəngin ədəbi irsi barədə ətraflı məlumat verilib.