Bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Ölkə ərazisində sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-32°, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi norma daxilində-760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33°, dağlarda gecə 10-15° , gündüz 18-23° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 12-17°, gündüz 24-29° isti, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə sürəti zəif olacaq.