BİLƏSUVARDA “MEDİA VƏ GƏNCLƏR” MÖVZUSUNDA TƏLİM KURSU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Könüllülər İctimai Birliyi Gənclər, İdman və Turizm Nazirliyinin və YUNESKO-nun ölkəmizdəki Milli Komissiyasının dəstəyi ilə “Media və gənclər” mövzusunda təlim kursu layihəsinin icrasına başlamışdır.
Təşkilat ilk seminarı Biləsuvar şəhərində keçirmişdir. Tədbirdə KİV-lərin fəaliyyətində gənclərin yaxından iştirakı ilə vətəndaş cəmiyyətinin inkişafı, onların media ilə bağlı biliklərinin artırılması, yeni informasiya texnologiyaları əsrində texniki qabiliyyətin təkmilləşdirilməsi, iştirakçılar arasında bu istiqamətdə bilik və təcrübə mübadiləsinin təmin olunması imkanları müzakirə edilmişdir. KİV ilə əlaqələrin qurulmasına və medianın fəaliyyətinə aid bir sıra mövzular təhlil olunmuşdur.
Layihə əsasında Bakı və Şəki şəhərlərində də təlim kursları keçiriləcəkdir.