BİLƏSUVARDA UŞAQ XƏSTƏXANASI TİKİLƏCƏK
Biləsuvar İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda uşaq xəstəxanası tikiləcəkdir. Dövlət vəsaiti hesabına inşa ediləcək yeni səhiyyə ocağında ətraf rayonların əhalisinə də səhiyyə xidmətləri göstərilməsi üçün geniş şərait yaradılacaqdır. Bina üçün torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır. İcraçı təşkilat tender yolu ilə seçiləcək. Tikinti-quraşdırma işlərinə cari ilin ikinci yarısında başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]