REGİONLAR
BİLƏSUVARIN 5 FERMER TƏSƏRRÜFATI TOXUMÇULUQ ÜZRƏ İXTİSASLAŞMIŞDIR
Biləsuvarın 5 fermer təsərrüfatı Salyan ərazi kənd təsərrüfatı idarəsinin tövsiyəsi və öz iqtisadi maraqlarına əsasən, bir sıra elit buğda növlərinin yetişdirilməsi üzrə ixtisaslaşmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dünya şöhrətli seleksiyaçı alim, akademik Cəlal Əliyevin “Nurlu-99” və Rusiya Federasiyasının “Krasnodar-Kroşka” buğda sortlarının becərilməsi ilə məşğul olan bu kollektivlər rayonun torpaq mülkiyyətçilərini məhsuldar əkin materialı ilə təmin etməyi nəzərdə tutmuşlar.