Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 27 may, AZƏRTAC
Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu dəfə Əli İsazadə küçəsinin “Ədalət parkı”nın qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər çərçivəsində ərazidə işıqfor obyektləri quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidləri çəkilib, eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.
Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.