Binəqədi rayonunda boya fabrikində yanğın baş verib VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verib.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerindədirlər.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.