Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir satqınlığın büdcəsi, mühasibatı və zehniyyəti

Satqınlığın büdcəsi

Azərbaycana qərəz və böhtan yağdırmaq üçün ''dəridən qabıqdan çıxan'', ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran uzun adlı ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi'' (bundan sonra OCCRP) olan bir təşkilat var. Təşkilatın yiyəsi - bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən - ''Jurnalistikanın İnkişafı Şəbəkəsi''dir. (The Journalism Development Network, Inc. (JDN).

''Jurnalistikanın İnkişafı Şəbəkəsi''ni 2004-cü ildə Dryu Sallivan adlı adam yaradıb. Əvvəl ixtisasca komediya aktyoru olan D.Sallivanı sonralar hansısa külək gətirib jurnalistikaya çıxarıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə ''köhnə qitə''də, Şərqi Avropadadır (Sarayevoda).

İnternetdə ''The Journalism Development Network'' adlı təşkilat axtarsanız çətin taparsınız. Nə təşkilat, nə də onun rəsmi saytı yoxdur. ABŞ-ın Merilend ştatında qeydiyyatdan keçsə də, adı yalnız kağız üzərindədir. Baş qərargahı isə Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən həmin OCCRP adlı təşkilatdır. Bəli, ''The Journalism Development Network'' Sarayevo şəhərindəki ''Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi''ni maliyyələşdirir.

Daha dəqiq deyilsə, ABŞ büdcəsindən pul və başqa onlarla ölkədən OCCRP-a qrantlar ayrılması üçün vasitə, maliyyə kanalı qismində çıxış edir. Bunu ABŞ-ın rəsmi büdcə idarəsinin saytında görmək olar.

Dünyanın 70 ölkəsini idarə edən təşkilatda direktor kimdir?

Təsisçi Dryu Sallivanın dediyinə görə, ''ana şirkəti'' ''The Journalism Development Network'' olan "bala'' təşkilatı - OCCRP dünyanın 70 ölkəsində 155 araşdırmaçı jurnalist təşkilatını, minlərlə jurnalisti bir şəbəkədə birləşdirir. Bəs bu boyda ''zırıltını'' kim idarə edir? Cəmi 8 nəfərdən ibarət rəhbərlik - direktorlar şurası bu işin öhdəsindən məharətlə gəlir. Təsəvvür edin ki, onlardan biri - Xədicə İsmayıldır. X.İsmayıl - ''The Journalism Development Network, Inc. (JDN)''-də, dolayısı ilə də, OCCRP-ın rəhbərliyində "boss''lardan (individual trustee, director) biridir.

X.İsmayılın siyahıda adı keçən direktor həmkarlarının kim olduğunu bilməsəz yaxşıdır. Onların hamısı, dünyanın neçə-neçə ölkəsinin altını-üstünə, xaos məkanına çevirməkdə ''xüsusi xidmətləri'', məharətləri olan ''nəhəng isimlər'', ''idarə edilən xaos texnoloqları''dır. Bu barədə başqa zaman və başqa yazıda.

Sadəcə təsəvvür etmək çətindir ki, dünyada 200-ə yaxın ölkə var və ABŞ dövlətinin yaratdığı qlobal təşkilatın direktorlar şurasında vəzifə tutmağa Xədicə İsmayıldan başqa heç bir millətin, ölkənin nümayəndəsi tapılmadımı? Yəni gör nə hünərin (yaxud satqınlığın) yiyəsi olasan ki, Amerika boyda dövlətin qlobal şəbəkəsini idarə edən 8 amerikalı direktordan biri olasan! (Sırada 8-ci olan isim rumın olsa da əsasən ABŞ-da yaşayır və işləyir). Cədvəldə o da göstərilir ki, X.İsmayıl həftədə ortalama cəmi-cümlətanı 1 saat işləyir. Yəni ona hər cür şərait yaradılıb. Təki direktor olsun.

Bu ilin əvvəllərində Xədicə İsmayıl sosial şəbəkədə belə bir status yazmışdı: ''Əslində, vəziyyət belədir ki, məni tənqid etməyə heç vaxt ciddi arqumentləri olmur''. (FB.Khadija Ismayil, 30 yanvar 2018).Bundan əvvəl isə o, ''Amerikanın Səsi'' radiosuna müsahibəsində deyib: ''Mən araşdırmanı ona görə aparıram ki, mənim üçün maraqlıdır. Araşdırma jurnalistikasının qaydası ''Follow the money'' - ''pulu izlə'' prinsipidir. Pulun əslində kimin cibinə axdığını bilməliyik''. (http://blogs.voanews.com/azerbaijani/audience-comments/2013/12/11/global-witness-in-hesabatina-x%C9%99dic%C9%99-ismayilova-il%C9%99-baxis/)

Ümumilikdə sual yaranır: özünü doğruluq mücəssəməsi hesab edən X.İsmayıla qarşı doğrudanmı ''ciddi arqumentlər'' yoxdur? Bəs onun cibinə pullar haradan və hansı prinsiplə axır?

Korrupsiyaya qarşı rüşvət almaqla mübarizə aparmaq

X.İsmayılın direktorlarından biri olduğu ''The Journalism Development Network'' təşkilatının maliyyələşməsini, özünün dediyi kimi, ''Follow the money'' - ''pulu izlə'' prinsipi ilə araşdırdıqda nələr üzə çıxır?

Təsəvvür etmək çətindir ki, X.İsmayıl pulsuz bir addım belə atmamış, hətta şəxsi problem və qayğılarına görə də dünyanın ''o boyda ölkəsindən'' haqq-hesab sormuşdur. Özünüz baxın. ABŞ dövlət büdcəsi Xəzinədarlıq idarəsinin 2012-ci il üçün rəsmi hesabatında göstərilir ki, X.İsmayılın səhhətində problemlə bağlı Türkiyədə etdiyi əməliyyat üçün ona müvafiq məbləğ ayrılıb:

Digər sual: ''The Journalism Development Network'' qurumu niyə ''sol qulağı sağ əllə göstərmək'' kimi ilk baxışda yersiz görünən təşkilatçılığa əl atıb? Cavab belədir ki, bu ''ana şirkət''in başlıca missiyası özündən çox uzaqlarda, Şərqi Avropada yerləşən bala şirkəti - OCCRP-u bol-bol pullarla və maliyyə ilə təmin etmək üçündür.

Maliyyəni başlıca olaraq ABŞ dövləti ayırır. Daha sonra isə Sorosdan tutmuş bütün Avropa ölkələrindəki bəlli mərkəzlər öz ''qeyrətini'' nümayiş etdirir və milyonlarla qrantlar ayırmaq üçün növbəyə dururlar. Ayrılan maliyyə nəticəsində büdcədən ''Rusiya və yeni müstəqil ölkələrdə media sferasında vəziyyətin balanslaşdırılması'' üçün reallaşdırılan layihəyə sel kimi pullar axır. Layihənin icra edildiyi məkan kimi Latviya göstərilir. (SLMAQM15GR1025,0002,, SAIEXEMPT,591039., DEPARTMENT OF STATE (DOS), 1900,DEPARTMENT OF STATE,,,,,,,,,809116440, "JOURNALISM DEVELOPMENT NETWORK, INC.", USA, UNITED STATES, WASHINGTON, 001, DISTRICT OF COLUMBIA, DC,DISTRICT OF COLUMBIA, 20008,2358, 98,,,,LVA,LATVIA, 00FORGN,,,,,,,,19.345,"INTERNATIONAL PROGRAMS TO SUPPORT DEMOCRACY, HUMAN RIGHTS AND LABOR",04,BALANCING THE RUSSIAN MEDIA SPHERE,NON,12,)

Beləliklə, X.İsmayılın da rəhbəri olduğu, burda oturub Amerikadan idarə etdiyi təşkilatın aldığı pulların milyonlarla ölçülən məbləği həqiqətən də ağlabatmazdır. Buna inanmaq üçün məntiq yetmir. Üstəlik də yuxarıda qeyd edildiyi kimi, həftədə cəmi 1 saat işləməklə milyonlarla pul qazanmaq işi çox ''cəlbedici'' görünür.

Aşağıdakı cədvəllərdə ABŞ dövlət büdcəsi ilə bağlı rəsmi saytdan 2011-ci ildən başlayaraq, ''The Journalism Development Network'' təşkilatına ayrılan maliyyənin məbləğini faktlar əsasında izləmək mümkündür. (OCCRP 2011-ci il 22 noyabrında Rumıniyada rəsmi şəkildə qeydiyyatdan keçib. O vaxta qədər nə pullar axıb, hansı ciblərə axıb, bir özləri, bir də qrantverənləri bilir.)

RECIPIENT PROFILE: JOURNALISM DEVELOPMENT NETWORK, INC.

Address 4401A Connecticut Ave NW; Washington, District of Columbia 20008 DUNS Number: 809116440

https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism%20development%20network

Aşağıdakı təkcə 2011-ci ildə yalnız büdcədən ayrılan pullardır.

Bundan daha çoxu - qrantlar və mükafatlardır. Onları ayrıca qeyd edilir:

2014-cü il üçün büdcədən ayrılan maliyyə:

2017-ci il üçün büdcədən ayrılan maliyyə:

Cəmi 2 ildə (2015-2016) 6 milyon ABŞ dollarına yaxın maliyyə ayrılıb.

https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism%20development%20network

Filters: journalism development network; Contracts, Grants, Loans, Other

Bunlar hələ əvvəlidir. Dövlət büdcəsindən ayrılmalardır və yağış kimi yağan, davam edən qrant və mükafatların yanında heç nədir. Qrantlar:

Təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda nələr yazılıb?

2016-cı ildə təşkilatda keçirilən Audit yoxlaması üzrə Hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalar və həmin qrant və mükafatlar qeyd edilir.

AUDIT REPORT FINANCIAL AND FEDERAL AWARD COMPLIANCE EXAMINATION FOR THE YEAR ENDED. DECEMBER 31, 2016 // http://www.govwiki.info/pdfs/Special% 20District/DC%20 Journa lism% 20Development%20Network%20Inc.%202016.pdf

Bu isə 2 ilə (2015-2016) alınan qrantlardır:

Qrantverənlər sanki yarışa giriblər:

2014-cü ildə qrantın məbləği 2 milyondan 4.272.14 milyon $-a qədər artırılmışdır:

Göründüyü kimi, maliyyədə milyonlardan söhbət gedir. Təbiidir ki, bu qədər pulu həzm etmək üçün, həftədə 1 saat da olsa işləmək, dünyada hədəfə alınan ölkələrdə qeyri-sabitlik və xaos yaratmaq lazımdır. Amma tərifli təşkilat harada olsa da Azərbaycanda bunu edə bilmir ki, bilmir. Belə olanda da ''quduzlaşma'' baş verir və sağa-sola şər-böhtan tirajlanır.

Audit yoxlama hesabatında, rəhbərlərindən birinin X.İsmayıl olduğu ''The Journalism Development Network'' təşkilatına töhmət xarakterli tənqid yer alıb. Onların külli miqdarda pulu əvvəlcədən almasına baxmayaraq, onu lazım olan vaxtda xərcləyə bilməməsi irad tutulur. Yəni təşkilat və rəhbərləri acgözlük edib həddən çox pul alsalar da onu xərcləyib bitirə bilməyiblər. Məhz audit hesabatında buna görə Direktorlar Şurasına (o cümlədən, X.İsmayıla), ABŞ maliyyəsinə münasibətdə bu ''acgözlüyün'' yaxşı hal olmadığı nöqsan tutulmuş, maliyyəyə ''daha insaflı və diqqətli olmağı'' tövsiyə edilmişdir. (We recommend that management of JDN be more mindful).

Audit hesabatında yoxlamanın yekunu kimi, ABŞ büdcəsindən külli miqdarda pulu alıb, onu vəd etdiyi vaxtda xərcləyə bilmədiyi, maliyyə şəffaflığına riayət edilmədiyi və şübhəli xərclərə yol verildiyi vurğulanıb. (p.26)

Faktlara sözardı. ''Kapitalist əməyi qəhrəmanları''

Beləliklə, X.İsmayıl, qlobal korrupsiyaya qarşı ''qəhrəmancasına'' vuruşan təşkilatın ştatlı direktorlarından biri kimi, həftədə cəmi 1 saat çalışmaqla bu qədər pul qazanan, sözün əsil mənasında ağır çəkili fiqurudur. Onun ''direktorluq istedadı'' həqiqətən də danılmazdır. Maraqlı olan odur ki, o direktor kimi, korrupsiyaya qarşı rüşvətlə, təmənna ilə mübarizə aparır. Öz şəxsi problemlərindən tutmuş, hər şeyə qədər ödənişi, dünyanın ''o boyda'' ölkəsinin əhalisinin vergi ödəmələrindən formalaşan dövlət büdcəsi hesabına, onlarla ölkənin qrantları sayəsində təmin edir. Bu işin bir tərəfidir.

Digər tərəf bir qədər qəlizdir. Çünki sel kimi cibinə axan milyonların əvəzində heç nə edə bilmir. Hesabatda aydın deyildiyi kimi, təşkilat nağd pulları alır, amma hamısını göstərilən vaxtda həzm edə bilmir. Ən azı aldığı direktor ''məvacibinin'' əvəzində Azərbaycanda heç bir iş görə bilmir. Səbəb nədir?

Azərbaycan xalqının öz Prezidentinə inamından yaranan milli birliyi, təşkilata əməlli başlı problem yaradıb. Məhz burada başa düşmək olur ki, ölkəmizlə, onun rəhbərliyi ilə bağlı böhtan və iftiraların sayı nə üçün ildən ilə daha çox və məzmun etibarı ilə daha ''quduzlaşmış'' şəkildə təqdim edilir. Doğrudur, fantastik məbləğ özünə yeni tərəfdarlar cəlb etməyə kömək edir. Lakin əsas vəzifə yenə də yerinə yetirilmir.

Tövsiyəmiz budur ki, X.İsmayılın rəhbər olduğu təşkilatdakı digər həmkarları 2018-ci il üçün aldıqları milyonları bəri başdan Amerika xalqının büdcəsinə qaytarsınlar. Çünki yenə də hamısını xərcləyə bilməyəcəklər. 15 ilə yaxındır ki, müxtəlif ölkələrdə xaos yaratmaq məqsədi ilə təsis edilən və dəridən-qabıqdan çıxan ''Jurnalistika İnkişaf Şəbəkəsi'' Azərbaycanda heç nəyə nail heç olası deyil.

''Bunu görməyəcəksiz!'': Xaos hərislərinə Prezidentin güllə kimi cavabı və şillə kimi seçki qərarı

Azərbaycanda xalqın öz liderinə - Prezident İlham Əliyevə etimadından yaranan milli birlik kimlərinsə gözlərinə ox olub batır. Hələ 2012-ci ildə Münxen Təhlükəsizlik Konfransında dövlət başçısı bütün dünyanın gözü önündə xaos ''texnoloqlarının'' təxribatçı suallarına cavab vermişdi: ''Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!''. (http://az.president.az/articles/4192)

Fevralın 5-də Prezidentin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı verdiyi qərar isə satqın və düşmənlərə vurulan əsil tərs şillə effektini verdi. Milyonlarla pulu arxayın vaxtlarda xərcləyə bilməyənlərin ''fəaliyyət'' təqvimi alt-üst oldu. Şok effektindən başını itirən satqınlar şəbəkəsi, minlərlə əmrə müntəzir buyruq qulları, dünya erməni şəbəkəsi ilə çaqqallar kimi ağız-ağıza verib, ulaşmağa başlayıblar.

Satqın zehniyyəti haqda ciddi elm nə deyir?

''Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınlıqdır''. Boris Akunin

Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur.

Son dövrdə məlum ölkələrdə baş verən səs-küylü hadisələrdən sonra insanı satqınlığa hansı vəziyyətin sövq etməsi psixologiya elmi tərəfindən geniş təhlil edilir. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığın vətənə xəyanət edəsən? Əclaflıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət - elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir.

Beləliklə, ''satqın zehniyyəti nədən qaynaqlanır? Maliyyə-pul arqumenti, kriminal istedad xəyanətin izahı üçün kifayətdirmi? Satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır.

Alınan qənaətlərdən birincisi budur ki, ''Bir dəfə ölkəsini, dostlarını, gördüyü işi satmış fərd, xəyanətin psixologiyasını izah etmək üçün elmə yardım edə bilər. Xəyanət - onu edənin məqsədyönlü əməlidir. Burada əvvəlcə məntiq istifadə olunur, sonra qərar qəbul edilir. Məhz buna görə - xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satlıq maldır''. (https://inosmi.ru/world/20150123/225704713.html)

Qənaətlərdən ikincisi budur ki, satqınlıq mütləq olaraq xataktercə zəif olanların nəsibidir. Satqının həyatı və taleyi - mənəvi iflas və düşüklüyün tarixidir. Tarix boyu bu xislətli fərdlər insanlıq adına layiq olmayanlar kimi qəbul edilib.

Üçüncü qənaət isə daha maraqlıdır: ''Xəyanət psixi (mental) yoluxucu xüsusiyyətə malikdir və satqın adətən yoluxucu xəstəlik mənbəyi kimi çıxış edir.'' (!?) (''Betrayal: A psychological analysis'' //https://www.sciencedirect.com/science/article/pii/S0005796709002848).

Nəhayət, bütövlükdə hesab edilir ki, satqınlığın qaynaqları - uşaqlıq dövründə, ailədə gizlənir. Normal ailədə - satqının böyüməsi mümkün deyil. Bunları oxuyanda, nədənsə bu yaxınlarda oxuduğum, İlon Maskın anası haqda ''Milyardçıları dünyaya gətirmək və tərbiyə etmək'' adlı yazı yadıma düşdü.

Psixoloqlara görə, ən maraqlısı odur ki, satqın zehniyyəti - öz əməllərini doğrultmağa meyllidir. Satqınlar öz əməlləri haqda - ''bu xəyanət deyil, haqsızlığa qarşı üsyandır'' deyib, illüziyaya qapılırlar. İllüziya məlum olduğu kimi, heç vaxt reallığa adekvat olmur.

Bütövlüksə satqın zehniyyətinin elmi izahı ilə tanışlıq, bu qəbildən olanların psixoloji sağlamlığı haqda təsəvvür yaradır. Bir tərəfdən, onların öz zehniyyətinə görə bu əməlləri törətdiyi məlum olur. Digər tərəfdən, onların həm də yoluxma mənbəyi kimi çıxış etməsinə dair elmi qənaət düşündürücüdür.

Tahirə Allahyarova

Strateji Araşdırmalar Mərkəzi

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək