Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı
Bakı, 18 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 123 min 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 min 309-u Bakı, 8 min 949-u Sumqayıt və 6 min 213-ü Gəncə şəhərlərində yaşayanlar, 4 min 308-i Abşeron rayonunun, 130 min 221-i respublikanın digər bölgələrinin sakinləridir.
Yaş qruplarına gəldikdə isə, birdəfəlik ödəmə alanlardan 12 min 811-i 20 yaşa qədər, 85 min 975-i 20-30 yaşarası, 52 min 920-si 30-40 yaşarası, 27 min 287-si 40-50 yaşarası, 21 min 7-si 50 yaşdan yuxarı olanlardır.
Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]