Birinci rübdə 6,3 mindən çox şəxsə sosial və peşə-əmək reabilitasiyası xidməti göstərilib
448 imtiyazlı şəxs isə sanatoriya-kurort yollayışı ilə təmin olunub
Bakı, 29 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu ilin ilk rübündə 6 min 335 şəxs sosial və peşə-əmək reabilitasiyası xidməti ilə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 2176 şəxsə agentliyin sosial xidmət müəssisələrində xidmət göstərilib. Müxtəlif dərəcəli əlilliyi olan 181 gənc Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.
Son 3 ayda tənha ahıl və əlilliyi olan 4 min 159 nəfərə isə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib. Həmin dövrdə 448 imtiyazlı şəxs agentlik tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]