Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİRLİKDƏ SÜLHƏ DOĞRU
AZƏRBAYCAN PREZİDENTİNİN RUSİYA FEDERASİYASI PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜ

Danışıqlar prosesində əldə olunanları saxlamaq, əlaqədar tərəflərin hamısının səylərini Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması haqqında hərtərəfli saziş işlənib hazırlanmasına cəmləşdirmək lazımdır. Bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirov ötən bazar günü Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşündə demişdir. Səfir iyunun 25-də gecə Tehrandan Azərbaycan paytaxtına gəlmişdi. O, Tehrandakı həmkarları ilə regiondakı vəziyyəti müzakirə etmişdir. Rusiya diplomatının Azərbaycana növbəti gəlişindən məqsəd münaqişənin siyasi yolla həlli ilə bağlı məsələləri respublika rəhbərliyi ilə birlikdə müzakirə etməkdir.

Səfirin dediyinə görə, yaxın vaxtlarda Türkiyə diplomatları ilə də belə məsləhətləşmələr keçirmək planlaşdırılır. Vladimir Kazimirov bildirmişdir ki, Rusiya rəhbərliyi və Rusiyanın xarici siyasət idarəsi Azərbaycanla və Ermənistanla qonşu olan ölkələrin vəziyyətinin sabitliyinə, regionda mehriban qonşuluq münasibətlərinə olan marağını başa düşərək həmin ölkələrlə əlaqələrə çox böyük əhəmiyyət verir. Diplomatın fikrincə, bu ölkələr ATƏM və Rusiya ilə birlikdə sülh yaratmaq prosesində müsbət rol oynaya bilərlər.

Vladimir Kazimirov Azərbaycan dövlətinin başçısına ötən həftə Moskvada ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupunun sədri Yan Eliassonla geniş məsləhətləşmələri barədə də məlumat vermişdir. İsveç diplomatı Moskvada həmçinin Rusiya Federasiya Şurasının sədri, MDB parlamentlərarası Məclisinin sədri Vladimir Şumeyko və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Anatoli Adamişinlə görüşmüşdür. Həmin görüşlərdə münaqişənin aradan qaldırılması ilə bağlı məsələlər hərtərəfli müzakirə olunmuşdur.

Vladimir Kazimirovun dediyinə görə, Rusiya və ATƏM mayın 12-dən etibarən münaqişə zonasında yaranmış atəşkəs vəziyyətini müsbət qiymətləndirirlər. Bununla yanaşı, o, son vaxtlar Zaqafqaziyanın iki respublikasının sərhədində baş verən toqquşmalardan müəyyən dərəcədə narahat olduğunu bildirmişdir. Bu narahatlıq Rusiya Prezidentinin xüsusi nümayəndəsinin və Minsk qrupu sədrinin Azərbaycan və Ermənistan prezidentlərinə göndərdikləri və respublikanın kütləvi informasiya vasitələrində yayılmış birgə məktubunda da ifadə edilmişdir.

Rusiya diplomatı belə hesab edir ki, indi ən başlıcası atəşkəs prosesinin “laxlamasına” yol verməmək, nisbətən əlverişli vəziyyətdən və bütün əlaqədar tərəflərin səylərindən atəşkəs rejimini möhkəmləndirmək, uzun müddət davam edən silahlı qarşıdurmaya son qoyacaq ciddi, sanballı sazişlərə doğru irəliləmək üçün istifadə etmək lazımdır. Vladimir Kazimirov bildirmişdir ki, bu məsələləri və münaqişənin aradan qaldırılması prosesi ilə bağlı başqa məsələləri münaqişə aparan tərəflərin və vasitəçilərin iştirakı ilə Vyanada keçiriləcək görüşdə müzakirə etmək nəzərdə tutulur. Minsk qrupunun sədri ilə ilkin razılığa görə, həmin görüşü iyulun birinci ongünlüyündə keçirmək planlaşdırılır. Həmin vaxt, təqribən iyulun 4-də Avstriya paytaxtında ATƏM-in Parlamentlərarası Assambleyası keçiriləcəkdir. Oraya Azərbaycan və Ermənistanın nümayəndə heyətləri dəvət olunmuşlar.

Azərbaycan Prezidenti Heydər Əliyev münaqişə aparan tərəflərin və vasitəçilərin - ATƏM-in, Rusiyanın, MDB-nin, habelə qonşu dövlətlərin səylərinin birləşdirilməsini sülh yaratmaq prosesində mühüm cəhət sayır. Prezident onların fəaliyyətinin əlaqələndirilməsini “mürəkkəb məsələlərin tam həlli üçün bu istiqamətdə zəruri olan düzgün və vacib addım kimi qiymətləndirir”.

Dövlət başçısı Rusiya diplomatını əmin etmişdir ki, atəşin dayandırılması Azərbaycanın mənafeyinə tam cavab verir və Azərbaycan bu rejimin möhkəmləndirilməsinə tərəfdardır. Respublikanın rəhbərliyi hərbi əməliyyatların yenidən başlanmasına yol verməmək üçün mümkün olan hər şeyi edir. Kiçik toqquşmalara gəldikdə isə, Heydər Əliyevin dediyinə görə, bunları tezliklə aradan qaldırmaq üçün qarşı tərəflə birlikdə lazımi tədbirlər görülür. Bununla yanaşı, o, bu yaxınlarda Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsindəki məntəqələrə hücumu ilə əlaqədar təəssüfləndiyini bildirmişdir. Həmin hücum nəticəsində altı nəfər həlak olmuş, bir neçə nəfər yaralanmışdır.

Prezident həmçinin demişdir ki, Azərbaycan regionda möhkəm sülh yaranmasına tərəfdardır. Onun fikrincə, müvəqqəti barışıq bir qədər uzanmışdır, indi növbəti addımlar atmağın vaxtıdır. Heydər Əliyevin fikrincə, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması, oraya qaçqınların qaytarılması, iki respublika arasında kommunikasiyaların bərpası və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi şərtləri ilə möhkəm sülhə nail olmaq tamamilə mümkündür. O qeyd etmişdir ki, bu kompleks məsələləri həll etməkdən ötrü “Biz ATƏM-lə, Rusiya ilə və başqa vasitəçilərlə sıx əlaqədə işləməyə hazırıq”.

Prezident həmçinin Vladimir Kazimirovu əmin etmişdir ki, Azərbaycan tərəfi döyüş əməliyyatlarında yaranmış fasilədən gələcək hücumlara hazırlaşmaq, “əks tərəfə qarşı ittihamlar axtarmaq, siyasi manevrlər etmək və təbliğat yolu ilə xal qazanmaq” üçün istifadə etmək fikrində deyildir.

Heydər Əliyev xüsusi olaraq vurğulamışdır ki, “Azərbaycan tərəfi heç vaxt qarşısına belə məqsədlər qoymamışdır və indi də qoymur. Biz atəşin tamamilə dayandırılmasını, regionda möhkəm əmin-amanlıq və sülh yaranmasını ürəkdən istəyirik”. Prezidentin fikrincə, bu məqsədlərə çatmaq üçün indiki dövrdən intensiv istifadə etmək lazımdır.

Münaqişənin aradan qaldırılmasının daha mühüm cəhətləri ikilikdə müzakirə olunmuşdur.

Danışıqlarda Azərbaycan tərəfdən xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, xarici işlər naziri Həsən Həsənov, xarici işlər nazirinin müavini Tofiq Zülfüqarov iştirak etmişlər.

İyunun 27-də Vladimir Kazimirov Yerevana getmişdir.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib