Bişkekdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi keçirilib
Bakı, 29 may, AZƏRTAC
Türkdilli Ölkələrin Siyasətini Dəstəkləmə Fondu Bişkekdə 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə sərgi təşkil edib, tanınmış Azərbaycan xadimləri haqqında kitablar təqdim olunub. Nəşrlər qırğız və digər dillərə tərcümə olunub.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, sərginin açılışında çıxış edən Bişkek şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülsayra Dandıbayeva Azərbaycan xalqını müstəqilliyin 107-ci ildönümü münasibətilə təbrik edib.
Qırğız yazıçısı, Atatürk mükafatı laureatı Temirbek Toqtoqaziyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatı, çoxşaxəli irsi, eləcə də 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dair materiallardan bəhs edən kitablar qırğız oxucularının Azərbaycan tarixini öyrənməsində mühüm rol oynayacaq.
“28 May – Müstəqillik Günü” adlı sərgidə təqdim olunan kitablar kitabxanaya hədiyyə olunaraq oxucuların istifadəsinə verilib.
Kitabların qırğız dilinə tərcüməsini M.Asanaliyev, B.Çoturova və A.İsmayılov həyata keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [17:27]
Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]