”Bloomberg”: ”SpaceX” İranda ”Starlink”i pulsuz edib
Bakı, 14 yanvar, AZƏRTAC
Amerikalı iş adamı, ”SpaceX” şirkətinin rəhbəri İlon Mask etirazlar zamanı İranda internetin kəsilməsi ilə bağlı “Starlink” peyk rabitəsi şəbəkəsinə
giriş haqqını ləğv edib. AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bu, Maskın Starlink-dən yumşaq güc aləti kimi istifadə etdiyi ilk hal deyil. Əvvəllər Starlink” vasitəsi ilə Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla, ukraynalılara pulsuz internet imkanı təmin edilmişdi.
Beynəlxalq internet monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda internetə giriş 96 saatdan çoxdur ki, bloklanıb. Yanvarın 9-da İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən bloklanmış internet xidmətlərinin bərpası üçün tədbirlər gördüyünü açıqlayıb.
Yanvarın 12-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, etirazlar zamanı xarici koordinasiyalı terror əməliyyatları başladıqdan sonra İranda internet məhdudiyyətləri tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]