BMT BAŞ MƏCLİSİNİN 59-CU SESSİYASI ƏRƏFƏSİNDƏ MOSKVADA MDB DÖVLƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRMİŞLƏR
Rusiya XİN bildirir ki, görüş iştirakçıları qlobal təhlükələr və təhdidlər qarşısında beynəlxalq hüquq normalarına zidd birtərəfli tədbirlərin yolverilməzliyi naminə dünya birliyinin yekdilliyinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək qarşıdakı sessiyanın əhəmiyyətinin qiymətləndirilməsində həmrəy olmuşlar.
Aparılan konstruktiv fikir mübadiləsi dünya məsələlərində BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsinə ümumi maraq zəminində Təşkilatın fəaliyyətinin öncül istiqamətləri barədə MDB ölkələrinin mövqelərinin üst-üstə düşdüyünü, yaxud yaxınlığını təsdiq etmişdir. Məsləhətləşmələrdə qarşıdakı sessiyanın gündəliyinin Birlik üçün bir sıra ən aktual məsələlərində MDB dövlətlərinin əməli qarşılıqlı fəaliyyətini daha da dərinləşdirməyin və əlaqələndirməyin zəruriliyi, habelə MDB məkanında iqtisadi inkişafa yardım üçün əməkdaşlığın vacibliyi vurğulanmışdır.
Bununla yanaşı, görüş iştirakçıları İkinci Dünya müharibəsində Qələbənin 60 illiyinə geniş beynəlxlaq əhəmiyyət verilməsi və 2005-ci il mayın 8-9-nun BMT-də Xatirə və Barısıq günləri elan edilməsi məqsədi ilə səyləri birləşdirməyə çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]