BMT İsveç və Finlandiyada miqrantların istismarı məsələsinə baxacaq
Stokholm, 28 noyabr, Nərgiz Cəfərova, AZƏRTAC
İsveç və Finlandiyada giləmeyvə sənayesində bir sıra qanun pozuntuları müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Tailanddan pul qazanmaq üçün gələn giləmeyvə yığan miqrantların çoxu aldadılıb. Uzun iş günlərinə baxmayaraq, yalnız bəzi işçilər İsveçdə bir neçə ay bu ölkələrdə qaldıqdan sonra təxminən 2800 dollar alıblar.
Davamlı inkişaf üzrə məsləhətçi Karin Eysman və hüquq müdafiəçisi Yunya Yimprasert bu məsələni BMT-nin insan haqları qurumu tərəfindən Cenevrədə təşkil olunacaq forumda qaldıracaqlar. Forum hökumət, biznes və beynəlxalq media təmsilçiləri də daxil olmaqla, iki mindən çox nümayəndənin iştirak etdiyi biznes və insan hüquqları üzrə dünyanın ən böyük illik toplantısıdır.
Karin Eysman deyib: “Biz bunu daha gizlədə bilmərik. Çoxları bu halların zəngin ölkə olan və sosial təhlükəsizlik şəbəkəsi ilə tanınan İsveçdə baş verdiyini başa düşmür. Amma vəziyyət narahatedicidir. Ümid edirəm ki, İsveçə təzyiq göstərə bilərik. Bütün dünya görməlidir ki, məcburi əmək və insan alveri İsveç və Finlandiyada da baş verir, burada bir neçə yüz işçi böyük polis araşdırmalarında təzminat gözləyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]