BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinat olub
Bratislava, 16 yanvar, AZƏRTAC
Təxminən birillik vakansiyadan sonra BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinat olub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin təklifi əsasında BMT-nin Təhlükəsizlik Şurası 68 yaşlı təcrübəli slovak diplomat Yan Kubişi bu vəzifəyə təsdiqləyib. Bundan öncə isə Y.Kubiş BMT-nin Livan üzrə xüsusi koordinatoru vəzifəsini tutub (2019-cu ilin yanvarından etibarən).
Diplomatik dairələrdə Y.Kubiş zəngin təcrübəsi ilə tanınır. O, 2011-2015-ci ildə BMT-nin Əfqanıstanda, 2015-2018-ci ildə İraqdakı missiyasına rəhbərlik edib. Bundan başqa isə Yan Kubiş ölkəsinin xarici işlər naziri (2006-2009) və ATƏT-in Baş katibi (1999-2005) vəzifələrində çalışıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]