ELM VƏ TƏHSİL
BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
Xırdalan, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Universitetin əməkdaşları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.