BMX növü üzrə dünya çempionatında gənclər arasında qaliblər müəyyənləşib
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında gənclər arasında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gənc qadınların mübarizəsində niderlandlı İndi Şipers 38.038 saniyəlik nəticə ilə hamıdan üstün olaraq qızıl medal qazanıb. Gümüş medala isveçrəli Zoe Klassens, bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo layiq görülüb.
Gənc kişilərin yarışında isə birinci yerə 33.077 saniyə nəticə ilə fransalı Leo Qaroyan sahib çıxıb. Kolumbiyalı Kamilo Xuan Ramirez Valensia çempionatı ikinci, çilili İqnasio Maurisio Molina Verqara üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500 velosipedçi mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:20]
Tomas Tuxel Xorvatiya ilə oyundan sonra FIFA-ya müraciət edib
- 18.06.2026 [14:15]
İsmayıl Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi oldu
- 18.06.2026 [14:13]
Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi
- 18.06.2026 [14:06]
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb
- 18.06.2026 [13:30]
Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq
- 18.06.2026 [13:29]
“Real Madrid” İbrahima Konateni ilə 4 illik müqavilə imzalayıb
- 18.06.2026 [13:25]
“Səbail” baş məşqçisi ilə yollarını ayırıb
- 18.06.2026 [12:18]