Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar
Bakı, 19 aprel, AZƏRTAC
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/16 final mərhələsində Aleks Baki (Macarıstan) ilə üz-üzə gəlib. Döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Boksçumuz 1/8 finalda fransalı Bilel Qourari ilə döyüşəcək. Qarşılaşma aprelin 20-də olacaq.
Birincilikdə 75 kiloqram çəki dərəcəsində gücünü yoxlayan Məhəmməd Yusifov da Avropa birinciliyinə qələbə ilə start verib. O, 1/16 finalda Vilmantas Siriusu (Litva) mübarizədən kənarlaşdırıb. Boksçumuz aprelin 20-də 1/8 final çərçivəsində Rafael Hovannisyanla (Ermənistan) qarşılaşacaq.
Qeyd edək ki, yığmamız Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]