Bolqarıstan hökuməti istefa verib
Bakı, 11 dekabr, AZƏRTAC
Bolqarıstanın Baş naziri Rosen Jelyazkov hökumətin istefa verdiyini elan edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə parlamentdə keçirilən təcili mətbuat konfransında bəyanat verib. Bildirilir ki, bəyanat parlamentin Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi keçirməyə hazırlaşdığı bir vaxtda səsləndirilib. Bu barədə BTA məlumat yayıb.
BTA-nın xəbərinə görə, ölkədə “ziddiyyətli büdcə planları”na etiraz olaraq başlamış hökumət əleyhinə etirazlar sonradan “korrupsiya, ədalətsizlik və dövlət sektorunun bir çox sahələrində uğursuzluqlar”la bağlı daha böyük narazılığa çevrilib.
Bolqarıstanda etiraz aksiyaları noyabrın sonundan keçirilir. Aksiyalar hökumətin dövlət sektorunun xərclərini artırmaq məqsədilə sosial vergi yükünü işəgötürənlər üçün artırmaq və dividend vergisini yüksəltmək planlarına etirazla başlayıb.
Nazirlər Kabineti dekabrın 2-də narazılığa səbəb olmuş gələnilki büdcə layihəsini geri çəksə də, kabinetin istefası ilə bağlı çağırışlar səngiməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]