Bolqarıstan koronavirusla əlaqədar buzüstü xokkey üzrə yarışlara ev sahibliyindən imtina edib
Sofiya, 27 fevral, AZƏRTAC
Bolqarıstanın Buzüstü Xokkey Federasiyası 18 yaşadək idmançılar arasında dünya çempionatının birinci divizionunun B qrupunun görüşlərinə ev sahibliyi etməkdən koronavirus təhlükəsi ilə əlaqədar imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Monitor” qəzeti xəbər verib.
Çempionatının birinci divizionunun B qrupunun görüşlərinin martın 23-29-da Sofiyada keçirilməsi planlaşdırılırdı. Təşkilatçılar Bolqarıstanda koronavirusla əlaqədar yaradılan qərargahın tövsiyələrini nəzərə alaraq belə bir qərar ediblər.
B qrupunda Avstraliya, Xorvatiya, Niderland, İspaniya, Bolqarıstan və Çin milliləri yer alıblar. Proqrama əsasən bu qrupun oyunları fevral-mart aylarında Çində təşkil edilməli olsa da, koronavirus səbəbindən Bolqarıstana keçirilmişdi.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]